tarih : 2013 Monday 18 Mar
şifre 36861

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb
/Aran Agentliyi

Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.Qeyd edək ki, C. Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

islamazeri.az

  • yazılmış
  • ...de 2013 Monday 18 Mar