İİR Servisi/Aran Agentliyi
Təbriz Universiteti ölkənin seçilmiş universitetlərindən biri olaraq yalnız ölkənin elmi inkişafına deyil ictimai, siyasi, iqtisadi sahələrdə də inkişafa səbəb olub. həmin universitetin və başqa universitetlərin müəllimlərinin səyləri nəticəsində “Aran”mədəni müəssisə təsis edildi və Təbriz Universiteti və müəllimləri ilə geniş şəkildə əlaqə yaradaraq indiyə kimi davamlı olaraq fəaliyyət göstərir. 1383(2004)-cü ildə “ İran tarixində Səfəvillərin rolu”adlı konfransın keçirilməsi həmin əlaqələrin nə qədər geniş olduğunu bir daha sübut edir. Dr.Ələvi cənabları Təbriz Universitetinə rektor təyin edilərək “Aran” və Universitet arasında əlaqələr möhkəmlənib və həmin əlaqələrə əsasən “ Qafqaz tarixi”adlı beynəlxalq konfrans Təbriz Universitetində keçiriləcək.
Lütfən, oxuculara özünüzü təqdim edin:
Allahın adı ilə.Hüquq fakültəsinin məzunuyam.30-dan cox məqalə, 5 kitab nəşr etdirmişəm.
Fəaliyyət göstərdiyiniz sahələr haqqında bir az danışasınız?
4 il Təbriz universitetinin Hüquq fakültəsinin müdiri, 3 il Mərkəzi Kitabxananın rəisi, Pəyamnur universitetinin rektoru və hal-hazırda Təbriz Universitetinin rektoruyam.
Lütfən, Təbriz Universiteti haqqında danışasınız?
Təbriz universiteti ölkənin ikinci universiteti olaraq 1326-cı ildə(1937)təsis edildi.bu universitetdə iki fakültə fəaliyyət göstərirdi.hal-hazırda 77 ixtisas üzrə doktorant, 107 ixtisas üzrə magistr var.bu universitet ölkənin müxtəlif sahələrdə fəal şəkildə iştirak edir.belə ki elmi tədqiqat zamanı 1365(1987)-ci ildə 22 tələbə şəhid olub.
Bildiyiniz kimi “Aran”müəssisəsi Qafqazın tarix, coğrafi və siyasi məsələlərini araşdırır.Təbriz universitetində Tarix fakültəsinin mövqeyini bildirəsiniz?
Təbriz universitetində Tarix fakültəsi ən qədim fakültədən biridir.keçmiş illərdə universitetdə “Tarix və Mədəniyyət”adlı bir müəssiyə fəaliyyət göstərirdi, təəssüflərlə maddi çətinliyə görə fəaliyyətini dayandırdı.ancaq biz fəaliyyətə başladığımız gündən etibarən bu müəssisə yavaş-yavaş fəaliyyətə başlamaq istəyir.
müxtəlif rayonlarımızın tarixini araşdırmaq çox əhəmiyyətli bir mövzudur.belə ki bir sıra universitetlərdə rayona məxsus ixtisas təşkil olunub.bu arada Şərqi Azərbaycan əyaləti, bütövlükdə şimal-qərb zonaların tarixini bilmək üçün qonşu ölkələrin, xüsusi ilə Qafqazın tarixini bilmək lazimdir.bu haqda nə işlər görünüb?
Hər bir bölgənin tarixini araşdırmaq çox əhəmiyyətlidir və tarixi araşdırmaların əsasında bölgənin siyasəti təyin edilir.bu mövzunu universitetlərdə elmi şəkildə araşdırılmalıyıq.Tarix fakültəsi bu potensiala sahibdir.Qafqaz araşdırma mərkəzini yaratmaq üçün həmin kafedra ilə danışıqlar aparmışıq və bir ixtisas kimi qəbul ediləcək.bundan əlavə qonşu ölkələrin universitetləri ilə bərabər beynəlxalq konfranslar keçiriləcək.
Universitet rektoru olaraq sizcə, hansı ildən etibarən Tarix fakültəsində “Qafqaz Tədqiqatı” adlı bir ixtisas rəsmi şəkildə bərpa ediləcək və tələbə qəbul olunacaq?
Birinci Təhsil Nazirliyindən icazə alınmalıdır.biz bu ixtisasın bərpası üçün çox çalışırıq.
inşallah tezliklə bu ixtisas təşkil olunar.Cənab Dr, bildiyiniz kimi Qafqazın tarixi təhrif edilir və bu təhriflər bizim bölgəmizə də təsir göstərə bilər.Təbriz universiteti təhriflərin qarşısını almaq üçün nə edir?
Mövzu tam olaraq elmi bir mövzudur.tarix elmi şəkildə araşdırmalıdır.universitet jurnal, məqalə, kitab yayaraq və konfranslar keçirməklə öz vəzifəsini yerinə yetirir.
Universitetlə universitetdən kənar tədiqatat mərkəzi arasında sıx əlaqə yoxdur.siz bu mövzunu qəbul edirsiniz?və əlaqələri genişləndirmək üçün nə işlər görürsünüz?
Sizinlə razılaşıram.ancaq 9-cu dövlət çalışır bu problemləri ortadan qaldırsın və hal-hazırda bu siyasəti davam edir.fikrimcə, universitet bütün orqanlarla sıx əlaqədə olmalıdır.
Bildiyiniz kimi Qafqaz üzrə tədiqat aparan müəssisələrdən biri də“Aran”müəssisəsidir. “Aran”la universitet arasında əlaqələr necədir?və “Aran”müəssisəsini necə dəyərləndirirsiniz?
“Aran”müəssisəsini uzun zamandır tanıyıram, “Aran” jurnalını da oxuyuram.əyalətin ən yaxşı və uğurlu müəssisələrindən biridir.Aranda savadlı şəxslər fəaliyyət göstərir.belə bir müəssisənin varlığı çox vacibdir.Aranla əməkdaşlıq etdiyimə görə sevinirem.çalışıram universitetlə müəssisə arasında əlaqələri genişləndirəm.
Cənab Dr, Aranla universitet arasında əlaqələrin nətcəsi olaraq “Qafqaz Tarixi”adlı beynəlxalq konfrans keçirildi.oxucularla konfrans haqqında danışasınız?
Aranın təklifi əsasında bu konfrans keçirildi.bu konfransın keçirilməsi üçün elmi komitə və konfransın baş katibi təşkil olundu.elmi komitə universitetdə təşkil tapdı və burada tarix müəllimləri fəaliyyət göstərdilər.konfransın baş katibliyi “Aran”da təşkil olundu və siz (Həsən Güli)məsuliyyəti üzərinizə götürdünüz.
Maraqlıdır ki, İran və xarici ölkələrin alimləri konfransa çoxlu məqalələr göndəriblər.hal-hazırda bu məqalələrin bəzisi konfransda oxunacaq, bəziləri isə jurnalda nəşr olunacaq.konfransa Türkiyə, Azərbaycan və Gücüstanın...tarix müəllimləri dəvət olunub.inşallah konfransda iştirak edəcəklər.
Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm, oxculara sözünüz varsa, buyurun?
Sizə və bütün əməkdaşlarınıza təşəkkür edirəm.uğurlar